Ucnoqta.az
www.ucnoqta.az

Ukrayna Almaniyadan yeni "Patriot"lar alıb

19:25 - 2 Noyabr 2025 tarixində dərc olunub.

Ukrayna prezidenti Volodimir Zelenski Almaniyadan yeni Patriot hava hücumundan müdafiə sistemləri aldığını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.
"Ukrayna hava hücumundan müdafiəmizin Patriot komponentini gücləndirdik. Bu birgə addım üçün Almaniyaya və şəxsən kansler Fridrix Merzə təşəkkür edirəm", - deyə Zelenski vurğulayıb.

Müəllif: Ucnoqta.az redaksiyası