Ucnoqta.az
www.ucnoqta.az

Mahir Emrelinin dayısı oğlu intihar etdi

10:07 - 1 Noyabr 2025 tarixində dərc olunub.

Zaqatalada 37 yaşlı kişinin meyiti tapılıb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün 23.00 radələrində rayonun Aşağı Tala kəndində baş verib.

Kənd sakini 1988-ci il təvəllüdlü Sabit Şəhriyar oğlu Ağayevin meyiti yaşadığı ünvanda yardımçı tikilidən asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkarlanıb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Sabit Ağayev məşhur futbolçu Mahir Emrelinin dayısı oğludur.

Müəllif: Ucnoqta.az redaksiyası