Ucnoqta.az
www.ucnoqta.az

49 yaşlı kişi hamamda dəm qazından boğularaq öldü

11:31 - 29 Oktyabr 2025 tarixində dərc olunub.

Suraxanı rayonunda 49 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə oktyabrın 28-də qeydə alınıb. 1976-cı il təvəllüdlü Nəsimi Tarverdiyev yaşadığı Binə qəsəbəsindəki evin hamamında dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası