Ucnoqta.az
www.ucnoqta.az

Yaponiya müdafiə xərclərini artıracaq

13:46 - 28 Oktyabr 2025 tarixində dərc olunub.

Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi çərşənbə axşamı Tokioda keçirilən danışıqlar zamanı ABŞ Prezidenti Donald Trampa ölkəsinin müdafiə qabiliyyətini gücləndirəcəyinə və müdafiə xərclərini artıracağına söz verib.

Ucnoqta.az xəbər verir ki o, jurnalistlərə bildirib ki, müdafiə qabiliyyətlərimizin gücləndirilməsi və müdafiə xərclərinin artırılmasında təşəbbüs göstərmək əzmimi ona çatdırdım. O, danışıqlar zamanı "konkret rəqəmlərin" müzakirə olunmadığını vurğulayıb.

Takaiçi Trampla etibarlı və dost münasibətlər qurmağa müvəffəq olduğuna əminliyini bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası