Abşeron rayonu Şəfəq qəsəbəsində “Stansiya Sumqayıt” adlanan ərazidə 21 yaşlı Kəmalə Əbilova yaşadığı çoxmərtəbəli binadakı mənzilin eyvanından yıxılıb.
Ucnoqta.az xəbər verir ki, o, hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
K.Əbilova Sumqayıt Dövlət Universiteti Riyaziyyat fakültəsinin 442B qrup tələbəsi idi.