Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan və ABŞ "Tramp Marşrutunun" açılması üçün texniki detalları müzakirə edirlər

14:38 - 27 Oktyabr 2025 tarixində dərc olunub.

Ermənistan və ABŞ respublikanın Sünik bölgəsində Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək "Tramp Marşrutunun" (TRIPP, "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" layihəsi) açılması üçün texniki detalları intensiv şəkildə müzakirə edirlər.

Ucnoqta.az xəbər verir ki, xarici işlər naziri Ararat Mirzoyan bunu parlamentdə açıqlayıb.

Mirzoyan bildirib ki, Ermənistan və ABŞ arasında "Tramp Marşrutu"nun həyata keçirilməsi və müxtəlif texniki məsələlərin yerində həlli üçün zəruri olan şirkətin yaradılması ilə bağlı danışıqlar başlayıb və aktiv mərhələdədir.

Müəllif: Ucnoqta.az redaksiyası