Ucnoqta.az
www.ucnoqta.az

"O, yaxşı oğlandır və çox bacarıqlı oğlandır" - Tramp

11:30 - 27 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Tramp milyarderin Ağ Ev komandasından getməsindən sonra yaranan problemlərə baxmayaraq, iş adamı Elon Maskla yaxşı münasibətlər saxladığını bildirib.

Ucnoqta.az xəbər verir ki, Tramp Yaponiyaya gedərkən təyyarəsində jurnalistlərə bildirib.

"İlonla hər şey yaxşıdır. Mən İlonu sevirəm. Onu həmişə bəyənmişəm. O, yaxşı oğlandır və çox bacarıqlı oğlandır", - Ağ Ev rəhbəri qeyd edib.

Prezidentin sözlərinə görə, o, Maskla vaxtaşırı əlaqə saxlayır. Tramp həmçinin qeyd edib ki, milyarder həyatında "pis bir dövr keçirib".

Müəllif: Ucnoqta.az redaksiyası