Ucnoqta.az
www.ucnoqta.az

Tramp Yaponiyaya yola düşdü

10:34 - 27 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ Prezidenti Donald Tramp Yaponiyaya getdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə "Truth Social"da yazıb.

"Gözəl və canlı bir ölkə olan Malayziyadan yeni ayrıldım. Böyük ticarət və nadir metallar müqavilələri bağladım və ən əsası, dünən Tayland və Kamboca arasında sülh müqaviləsi imzaladım. Müharibəyə yox! Milyonlarla insan xilas edildi. Bunu etmək necə də şərəfdir. İndi isə Yaponiyaya!" - Tramp qeyd edib.

Trampın Yaponiyaya səfəri 27-29 oktyabr tarixlərində baş tutacaq. Səfər zamanı ABŞ Prezidenti Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi ilə danışıqlar aparacaq və həmçinin İmperator Naruhito ilə görüşəcək.

Bu, Trampın ikinci müddət ərzində Yaponiyaya ilk səfəri olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası