Ucnoqta.az
www.ucnoqta.az

Cinayətdə şübhəli bilinən 60 nəfər saxlanılıb

10:10 - 27 Oktyabr 2025 tarixində dərc olunub.

Oktyabrın 25-də və 26-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 25, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası