Ucnoqta.az
www.ucnoqta.az

Tramp və Kim Çen In arasında görüş baş tutmaya bilər

07:50 - 27 Oktyabr 2025 tarixində dərc olunub.

Cənubi Koreya prezident administrasiyası ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında APEC sammiti zamanı Koreyalararası sərhəddə gözlənilməz görüşü qeyri-mümkün hesab edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə administrasiyanın Milli Təhlükəsizlik Agentliyinin üçüncü vitse-direktoru Oh Hyun Ju bildirib. Lakin o, belə bir ssenarini istisna etmir.

"Görüşün baş tutacağına dair konkret məlumatım yoxdur. Qəzetlərdə yalnız fərziyyələr var", - deyə rəsmi əlavə edib.

Lakin rəsmi şəxs danışıqların mümkünlüyünü tamamilə istisna etməyib.

Müəllif: Ucnoqta.az redaksiyası