Ucnoqta.az
www.ucnoqta.az

Mahmud Abbas yeni konstitusiya bəyannaməsi yaydı

16:54 - 26 Oktyabr 2025 tarixində dərc olunub.

Fələstin Prezidenti Mahmud Abbas yeni bir konstitusiya bəyannaməsi yayımladı və ona əsasən, əgər vəzifə boş qalarsa, vitse-prezident Fələstin Milli Hakimiyyətinin (FHH) müvəqqəti rəhbəri vəzifəsini icra edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə WAFA xəbər agentliyi tərəfindən dərc edilmiş mətndə bildirilib.

Sənədə görə, "Qanunvericilik Şurasının olmaması səbəbindən FHH rəhbəri vəzifəsi boş qaldığı təqdirdə, Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsinin sədr müavini və Fələstin Dövlətinin vitse-prezidenti müvəqqəti olaraq FHH prezidenti vəzifələrini 90 gündən çox olmayan müddətə icra edəcəklər və bu müddət ərzində Fələstin seçki qanunvericiliyinə uyğun olaraq yeni prezident seçmək üçün azad və birbaşa seçkilər keçiriləcək".

Müəllif: Ucnoqta.az redaksiyası