Ucnoqta.az
www.ucnoqta.az

Oğlu döyülən ata ürək tutmasından öldü

12:06 - 24 Oktyabr 2025 tarixində dərc olunub.

Bir neçə gün əvvəl Zaqatalada 41 yaşlı İsgəndər Musayevin ölümcül döyülməsi barədə xəbər vermişdik.

Ucnoqta.az Lent.az -a istinadən xəbər verir ki, İ.Musayevin döyülərək komaya düşməsinə dözməyən atası Yusif Musayev ötən gecə ürək tutmasından ölüb.

Qeyd edək ki, İsgəndər Musayevi döyənlər hələ tutulmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası