Ucnoqta.az
www.ucnoqta.az

Xocalının Seyidbəyli kəndinə növbəti köç karvanı yola salındı

12:02 - 24 Oktyabr 2025 tarixində dərc olunub.

Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti 18 ailənin (61 nəfər) qayıdışı təmin edilib.

Ucnoqta.az xəbər verir ki, qayıdış Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində baş tutub.

Kəndə qayıdan ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.

Artıq Seyidbəyli kəndinə qayıdan ailələrin sayı 27 ailə (92 nəfər) çatdırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası