Ucnoqta.az
www.ucnoqta.az

Rumıniya Baş naziri istefa verməyə hazır olduğunu bildirib

11:08 - 24 Oktyabr 2025 tarixində dərc olunub.

Rumıniya Baş naziri İlie Bolojan ölkənin böhrandan çıxmasına kömək edəcəksə hətta "sabah" belə vəzifəsindən getməyə hazır olduğunu bildirib.

Ucnoqta.az xəbər verir ki, o, "Antena 3"ə verdiyi müsahibədə bildirib.
"Sabah gedə bilərəm. Bolojan baş nazir ola bilər, ya da olmaya bilər; bu problem deyil. Hamımız müvəqqətiyik. Amma Rumıniyanın üzləşdiyi problemlərə cavab verməliyik. Bu problemlərdən qaça bilmərik; gəlin bir-birimizi dinləyək", - baş nazir qeyd edib.

Baş nazirin sözlərinə görə, hazırda koalisiya daxilində müəyyən məsələlərdə bir sıra fikir ayrılıqları mövcuddur.

Müəllif: Ucnoqta.az redaksiyası