İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın şərqində şiə Hizbullah təşkilatının şübhəli hərbi hədəflərinə bir sıra zərbələr endirib.
Ucnoqta.az xəbər verir ki, LBC telekanalın məlumatına görə, Suriya sərhədi boyunca dağlıq ərazidə təlim bazaları və yeraltı qurğular intensiv bombardmanlara məruz qalıb. Şahidlər Janta, Nabi Sheet və Shimstar şəhərləri yaxınlığında güclü partlayışların olduğunu bildiriblər.
Telekanalın məlumatına görə, İsrailin hava hücumları səbəbindən yerli məktəblərdə dərslər dayandırılıb. Sakinlərə sığınacaq axtarmağı tövsiyə ediblər.