Ucnoqta.az
www.ucnoqta.az

İspaniya Polşaya iki qırıcı təyyarə göndərəcək

12:18 - 23 Oktyabr 2025 tarixində dərc olunub.

İspaniya Hərbi Hava Qüvvələri NATO-nun alyansın şərq cinahını gücləndirmək məqsədi daşıyan “Şərq keşikçiləri” əməliyyatı çərçivəsində noyabrda Polşaya iki döyüş təyyarəsi yerləşdirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə El Pais mənbələrə istinadən məlumat yayıb.

Bu, Madridin NATO təşəbbüsünə verdiyi yeganə töhfə deyil. İspaniya Baş Qərargahı daha əvvəl bildirmişdi ki, İspaniya Litvadakı Şiaulyai Hava Bazasından dəstək verən əməliyyata artıq iki "Eurofighter" təyyarəsi və bir A400M tanker təyyarəsi verib.

Müəllif: Ucnoqta.az redaksiyası