Ucnoqta.az
www.ucnoqta.az

İsrail-ABŞ müttəfiqliyi görünməmiş səviyyəyə çatıb - Netanyahu

15:28 - 22 Oktyabr 2025 tarixində dərc olunub.

Baş nazir Benyamin Netanyahu hesab edir ki, İsrail və ABŞ arasında müttəfiqlik son bir ildə görünməmiş səviyyəyə qədər möhkəmlənib.

Ucnoqta.az xəbər verir ki, Netanyahu İsraildə səfərdə olan ABŞ-ın vitse-prezidenti J.D.Venslə görüşdən sonra deyib. Onun fikrincə, ABŞ-İsrail ittifaqı həm Yaxın Şərqi, həm də dünyanı dəyişir.

Ölkəsinin ABŞ ilə əlaqələrinin möhkəmləndirilməsindən danışan Netanyahu ABŞ prezidenti Donald Trampın xüsusi töhfəsini qeyd edib. 

Müəllif: Ucnoqta.az redaksiyası