Ucnoqta.az
www.ucnoqta.az

Aİ Kiyevə təxminən 1,6 milyon mərmi tədarük edib

20:44 - 21 Oktyabr 2025 tarixində dərc olunub.

Avropa İttifaqı 2025-ci ildə Kiyevə təxminən 1,6 milyon iriçaplı artilleriya mərmisi tədarük edib, istehsalını 2022-ci ildəki 300 min mərmidən 2025-ci ildə 2 milyon mərmiyə qədər artırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında iqtisadiyyat üzrə Avropa komissarı Valdis Dombrovskis bildirib.

O, Aİ-nin 2022-ci ildəki 300 min mərmi istehsalını ildə 2 milyona çatdırdığını vurğulayıb.

Onun rəqəmləri Aİ-nin 2025-ci il öhdəliklərini yerinə yetirmək üçün təxminən 300.000 mərmi çatmaz olduğunu iddia edən Aİ Xarici İşlər Naziri Kaja Kallasın rəqəmlərindən fərqlənir.

Müəllif: Ucnoqta.az redaksiyası