Ucnoqta.az
www.ucnoqta.az

AFFA 5 klubu cərimələdi

14:26 - 21 Oktyabr 2025 tarixində dərc olunub.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının VIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Şamaxı”nın futbolçusu Abdullahi Şuaybu “Kəpəz”lə matçda təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. 

Hər iki komandanın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün klublar 1500 manat ziyana düşüb. Oyun zamanı 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” daha 700 manat cərimələnib.

“Qəbələ” “İmişli” ilə qarşılaşmada 5 üzvü sarı vərəqə ilə cəzalandığı üçün 700 manat cərimə ödəyəcək.

“Sumqayıt” – “Karvan-Yevlax” oyunu qonaq komandasının meydançaya vaxtında çıxmaması səbəbindən gec başladığı üçün klub 3000 manat cərimə edilib.

“Neftçi” isə “Araz-Naxçıvan”la matçda baş verənlərə görə ümumilikdə 9700 manat xərcə düşüb. Bakı klubu 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə 6000, rəqib futbolçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirildiyinə görə isə 3000 manat cərimələnib.

Müəllif: Ucnoqta.az redaksiyası