Ucnoqta.az
www.ucnoqta.az

Xankəndidə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu" keçirilir - FOTO

10:08 - 20 Oktyabr 2025 tarixində dərc olunub.

 Xankəndidə Azərbaycan Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu" keçirilir. 

Ucnoqta.az xəbər verir ki, tədbir Agentliyin hazırladığı "Şəhidə məktub" videoçarxı ilə başlayıb. 

Daha sonra QHT Agentliyinin İcraçı direktoru Aygün Əliyeva açılış nitqi ilə çıxış edib.

Qeyd edək ki, oktyabrın 19-da “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu"nun iştirakçıları Xocalının Ballıca kəndində ağacəkmə aksiyası keçirilib. Torpaq və yerli iqlim şəraitinə uyğun ağaclar əkilib. 

Aksiya Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, Konstitusiya quruluşunun qorunması naminə həyatlarını itirən şəhidlərin əziz xatirəsinə ithaf edilib. 

Müəllif: Ucnoqta.az redaksiyası