Ucnoqta.az
www.ucnoqta.az

Şabranda ər arvadını bıçaqladı

17:36 - 17 Oktyabr 2025 tarixində dərc olunub.

Şabranda ər arvadını bıçaqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu gün 41 yaşlı A.Əliyevaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Əməli törədən həyat yoldaşı 47 yaşlı Asim Nəcəfov Şabran RPŞ-yə gələrək polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası