Ucnoqta.az
www.ucnoqta.az

Çinlə yaxşı anlaşacağıq - Tramp

16:09 - 17 Oktyabr 2025 tarixində dərc olunub.

Birləşmiş Ştatlar Çinlə anlaşacaq, lakin Amerika administrasiyası Çin hökuməti ilə ədalətli ticarət razılaşması əldə etməlidir.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində deyib.

"Düşünürəm ki, Çinlə yaxşı anlaşacağıq. Mən onunla (Çin sədri Si Tsinpin) çox yaxşı anlaşıram. O, çox güclü lider, heyrətamiz insandır. Onun həyatı heyrətamiz hekayədir. Əla film olar. Düşünürəm ki, biz Çinlə anlaşacağıq, lakin ədalətli razılaşma əldə etməliyik. Bu, ədalətli olmalıdır”, - deyə dövlət başçısı bildirib.

O, bir daha Pekini Vaşinqtonu aldatmaqda ittiham edib. Tramp hesab edir ki, 37-ci prezident Riçard Nikson bunun baş verməsinə icazə verib.

Amerika lideri oktyabrın sonu və ya noyabrın əvvəlində Koreya Respublikasında keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Si Cinpinlə ikitərəfli görüşdə iştirak edəcəyini təsdiqləyib.///tass

Müəllif: Ucnoqta.az redaksiyası