Ucnoqta.az
www.ucnoqta.az

Aybəniz Haşımovanın səhhətində problem yarandı 

14:01 - 17 Oktyabr 2025 tarixində dərc olunub.

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb. 

Ucnoqta.az xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O bildirib ki, ayaqları şişib və yerimə problemi yaranıb:

"7 gündür reabilitasiya mərkəzində müalicə alıram. Ayaqlarımın problemi 60 faiz həll olunub. Allah hər kəsi sağlamlıqla mükafatlandırsın" deyə, A.Haşımova əlavə edib. 

Müəllif: Ucnoqta.az redaksiyası