Ucnoqta.az
www.ucnoqta.az

Səudiyyə Ərəbistanı və ABŞ hərbi əməkdaşlıq sazişi imzalaya bilər

11:08 - 17 Oktyabr 2025 tarixində dərc olunub.

Səudiyyə Ərəbistanı və ABŞ noyabr ayında hərbi əməkdaşlıq sazişi imzalamağı planlaşdırır və bu sazişdə hər iki tərəf ərəb ölkəsinə qarşı hər hansı hücumu “sülh və təhlükəsizliyə” təhdid hesab edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
FT-nin məlumatına görə, saziş vəliəhd şahzadə Məhəmməd bin Salmanın gələn ay ABŞ-a səfəri zamanı bağlana bilər. Sazişin geniş hərbi və kəşfiyyat əməkdaşlığını əhatə edəcəyi gözlənilir.

Müəllif: Ucnoqta.az redaksiyası