Qəzzanın yenidən qurulması üçün 55 milyon ton dağıntının çıxarılması lazımdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (UNDP) nümayəndəsi Reuters agentliyinə bildirib.
"Bu, Gizanın 13 piramidası ilə müqayisə edilə bilər" - nümayəndədeyib.
Qeyd olunur ki, İsrailin hücumlarından sonra Zolağın böyük əraziləri çöllərə çevrilib.
Zərbələr təxminən 68 min insanın ölümünə səbəb olub.