Ucnoqta.az
www.ucnoqta.az

Xaçmazda ağacların kəsilməsi araşdırılır

17:49 - 16 Oktyabr 2025 tarixində dərc olunub.

Xaçmaz rayonunun Nağı Oba və Kiçik Baraxum kəndləri ərazisində ağacların kəsilməsi faktı aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Ucnoqta.az-a verilən xəbərə görə, fakt üzrə Rayon Polis Şöbəsində prosessual araşdırma aparılır.

Araşdırmanın nəticələri ilə bağlı hüquqi tədbirlər görüləcək.

Müəllif: Ucnoqta.az redaksiyası