Ucnoqta.az
www.ucnoqta.az

Samuxda teplovoz yanıb

12:22 - 15 Oktyabr 2025 tarixində dərc olunub.

Samuxda yanğın hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Bakı-Böyük Kəsik dəmir yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə Lokomotiv Deposuna məxsus teplovozda anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb edilib.

Yanğın söndürülüb, teplovozun qalan hissəsi yanğından mühafizə edilib.///apa

Müəllif: Ucnoqta.az redaksiyası