Keniyanın keçmiş baş naziri, 2008-2013-cü illərdə bu vəzifədə olmuş Raila Odinqa Hindistanda 80 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nairobi Leo xəbər portalı məlumat yayıb.
Hindistanın Koçi şəhərində müalicə alan sabiq baş nazir ürək tutmasından dünyasını dəyişib.
Odinqa səhər Ayurveda mərkəzi ətrafında gəzinti zamanı huşunu itirib və yaxınlıqdakı xəstəxanaya aparılıb. Həkimlər onun öldüyünü açıqlayıblar.
Odinqa 2005-ci ildə qurulan müxalif Narıncı Demokratik Hərəkat partiyasının uzun müddətdir lideri olub. O, beş dəfə - 1997, 2007, 2013, 2017 və 2022-ci illərdə prezidentliyə namizədliyini uğursuz irəli sürüb.