Ucnoqta.az
www.ucnoqta.az

Ronaldo yeni idman rekorduna imza atıb

00:16 - 15 Oktyabr 2025 tarixində dərc olunub.

“Əl-Nassr”ın və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo yeni idman rekordu müəyyənləşdirib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Ronaldo karyerasında 947-ci qolunu Portuqaliyanın DÇ-2026-nın seçmə mərhələsində Macarıstana qarşı oyunu zamanı vurub.

Bu qol Ronaldonun dünya çempionatının seçmə oyunlarında vurduğu qollara görə 40-cı qoludur.

Bundan əvvəlki rekord dünya çempionatının seçmə mərhələsində 39 qol vuran Qvatemala millisinin hücumçusu Karlos Ruisə məxsus idi.

Müəllif: Ucnoqta.az redaksiyası