Ucnoqta.az
www.ucnoqta.az

Sahib Məmmədov Yusf Ağayevi işdən çıxardı - YENİ TƏYİNAT

16:54 - 14 Oktyabr 2025 tarixində dərc olunub.

Əmək və Sosial Münasibətlər Akademiyasında kadr dəyişikliyi olub.

Ucnoqta.az xəbər verir ki, Həmkarlar İttifaqları Konfedarasiyasının sədri Sahib Məmmədovun əmri ilə rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev vəzifəsindən azad edilib.

AHİK sədrinin digər əmri ilə rektor vəzifəsi Fərid Babayevə həvalə edilib. Yeni rektor dünən kollektivə təqdim olunub.

Qeyd edək ki, F Babayev BMT-nin Əhali Fondunun Azərbaycan ofisinin rəhbəri olub. /// bakıvaxtı.az

Müəllif: Ucnoqta.az redaksiyası