Ucnoqta.az
www.ucnoqta.az

Ağsuda avtoxuliqanlıq edən sürücü həbs olunub

15:52 - 14 Oktyabr 2025 tarixində dərc olunub.

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlər zamanı dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobildə sayrışan işıqlar quraşdıran, konstruksiya dəyişikliyinə yol verən və avtoxuliqanlıq edən Hikmət Abasov saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, H.Abasov barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə həmin şəxs 8 sutka inzibati qaydada həbs olunub.

Müəllif: Ucnoqta.az redaksiyası