Ucnoqta.az
www.ucnoqta.az

Elina Valtonenin Azərbaycana səfəri təxirə salındı

15:10 - 14 Oktyabr 2025 tarixində dərc olunub.

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenin Azərbaycana səfəri təxirə salınıb.

Ucnoqta.az report-a istinadla xəbər verir ki, bunu məlumatlı mənbə bildirilib.

Elina Valtonenin oktyabrın 13-15-i üçün Cənubi Qafqaza nəzərdə tutulan regional səfəri çərçivəsində Azərbaycana gəlməsi nəzərdə tutulmuşdu.

ATƏT-in fəaliyyətdə olan sədri oktyabrın 14-də Ermənistana səfər edib, sabah isə o, Gürcüstana gedəcək.

Müəllif: Ucnoqta.az redaksiyası