Ucnoqta.az
www.ucnoqta.az

HƏMAS İsraili Qəzzada atəşkəsi pozmaqda ittiham edib

13:08 - 14 Oktyabr 2025 tarixində dərc olunub.

Fələstinin Həmas hərəkatı İsrail Müdafiə Qüvvələrini (IDF) İsrail qüvvələrinin açdığı atəş nəticəsində anklavda bir neçə fələstinlinin ölümündən sonra Qəzza zolağında atəşkəsi pozmaqda ittiham edib.

Ucnoqta.az xəbər verir ki, hərəkatın sözçüsü Hasam Qasem öz Telegram kanalında müvafiq açıqlama yayıb.

"İsrail ordusu tərəfindən bir neçə qəzzalının öldürülməsi atəşkəs rejiminin pozulmasıdır. Biz bir daha sizdən İsrailə nəzarəti gücləndirməyinizi və onun vasitəçilər qarşısında öhdəliklərindən yayınmasına imkan verməməyinizi tələb edirik" -Qasem yazıb.

Müəllif: Ucnoqta.az redaksiyası