Ucnoqta.az
www.ucnoqta.az

Trampın Knesetdə çıxışı zamanı GƏRGİN ANLAR

16:29 - 13 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Trampın İsrail parlamentində çıxış edərkən gərginlik yaşanıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, millət vəkilləri Ayman Odeh və Ofer Cassif “Fələstini tanıyın” yazısı qaldıraraq Trampa göstəriblər.

Bu zaman Palatada olanlar deputatlar onları bayıra çıxarıblar.

Hadisədən sonra millət vəkili Odeh ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında bunları yazıb:

"Mən sadəcə olaraq ən sadə tələbi, bütün beynəlxalq ictimaiyyətin razılaşdığı tələbi səsləndirdiyimə görə Baş Assambleyadan qovuldum. Fələstin dövlətini tanıyın. Bu sadə həqiqəti dərk edin. Burada iki xalq var, heç kim getmir".

Müəllif: Ucnoqta.az redaksiyası