Ucnoqta.az
www.ucnoqta.az

Meksikada tropik qasırğalar 44 nəfərin həyatına son qoyub

07:46 - 13 Oktyabr 2025 tarixində dərc olunub.

Meksikada iki tropik qasırğanın törətdiyi dağıdıcı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 44 nəfər ölüb.

Ucnoqta.az Reuters-ə istinadən xəbər verir ki, hökumət fövqəladə vəziyyət elan edib və ordunu yardım etmək üçün səfərbər edib.

Günlərdir davam edən leysan yağışları Meksikanın mərkəzi və şərq bölgələrində faciəvi nəticələrə səbəb olub.

Hökumətin məlumatına görə, ən çox itki 18 nəfərin öldüyü Verakruz ştatında qeydə alınıb. 16 nəfər Hidalqo ştatında, 9 nəfər Puebla ştatında, daha bir nəfər isə Queretaro ştatında ölüb.

Fəlakətin nəticələri ilə mübarizə aparmaq üçün ölkənin Müdafiə Nazirliyi vəziyyətin monitorinqi, əhalinin risk altında olan ərazilərdən təxliyəsi və zərər çəkmiş ərazilərin təmizlənməsinə kömək etmək üçün 5400-dən çox hərbçi cəlb edib.

Müəllif: Ucnoqta.az redaksiyası