Ucnoqta.az
www.ucnoqta.az

Netanyahu Qüdsdə Witkoff və Kuşneri qəbul edib

00:17 - 10 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner İsrailə gəlib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən məlumata görə, o, onları Qüdsdəki ofisində qəbul edib.

Onların görüşü Qəzza zolağında saxlanılan girovların azad edilməsi və orada atəşkəslə bağlı əldə olunan razılaşmalar fonunda baş tutub.

Müəllif: Ucnoqta.az redaksiyası