Ucnoqta.az
www.ucnoqta.az

Qəzzaya humanitar yardım aparan gəmidə 2 Azərbaycan vətəndaşı saxlanılıb

21:45 - 9 Oktyabr 2025 tarixində dərc olunub.

Dünən Qəzzaya humanitar yardım aparan gəmi heyətində saxlanılan şəxslər arasında 2 nəfər Azərbaycan vətəndaşı Pərvin Əzimov və Orxan Səmədzadənin saxlanıldığı məlumdur.

Bu barədə Ayxan Hacızadə APA-nın sorğusuna cavab olaraq bildirib

Ayxan Hacızadə qeyd edib ki, sözügedən vətəndaşlar gəmi ekipaj üzvləridir və onlar Türkiyədə çalışırlar:

"İsraildəki səfirliyimiz tərəfindən görülən tədbirlər nəticəsində onların azad edilərək öz istəkləri əsasında Türkiyəyə geri qayıtması nəzərdə tutulur".

Müəllif: Ucnoqta.az redaksiyası