Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda ağır yol qəzasında iki nəfər ölüb

21:01 - 4 Oktyabr 2025 tarixində dərc olunub.

İsmayıllıda baş verən yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

Ucnoqta.az xəbər verir ki, oktyabrın 4-ü saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində yol-nəqliyyat hadisəsi nəticəsində Rəşad Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü hadisə yerində həyatını itirib.

"Mercedes" markalı avtomobildə olan üç, "BMW" markalı nəqliyyat vasitəsində isə 1 sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası