Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın güllə atıcısı gümüş medal qazandı

17:54 - 4 Oktyabr 2025 tarixində dərc olunub.

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında atıcılıq yarışları davam edir.

Ucnoqta.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan yarışlarda Azərbaycan təmsilçisi Xanna Əliyeva 10 metr məsafəyə pnevmatik tapançadan atəş açmada ikinci olub və gümüş medal qazanıb.

Xatırladaq ki, 13 ölkədən 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Müəllif: Ucnoqta.az redaksiyası