Ucnoqta.az
www.ucnoqta.az

Xüsusi təyyarə İsraildən Türkiyəyə yola düşüb

15:29 - 4 Oktyabr 2025 tarixində dərc olunub.

Sumud donanması missiyasında iştirak etdikləri üçün İsraildə saxlanılan Türkiyə vətəndaşları və 12 ölkənin nümayəndələrini daşıyan Türk Hava Yollarına məxsus xüsusi təyyarə Türkiyəyə yola düşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sözügedən təyyarə ilə Türkiyə vətəndaşları ilə yanaşı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Mərakeş, İtaliya, Küveyt, Liviya, Malayziya, Mavritaniya, İsveçrə, Tunis və İordaniya vətəndaşları da İstanbula gətirilib.

Müəllif: Ucnoqta.az redaksiyası