5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Ucnoqta.az xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və idarənin struktur bölmələrinin rəhbərləri, əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər iştirak ediblər.
Azərbaycan Respublikasınən Dövlət Himninin səslənməsi ilə açıq elan edilən tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əbədi və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarının timsalında regionun bütün müəllimlərini təbrik edərək bu şərəfli peşənin daşıyıcılarına peşə fəaliyyətində davamlı uğurlar, can sağlığı və yeni nəslin yetişdirilməsi yolunda daim ilham və motivasiya arzuladıqlarını bildiriblər.
Sonra dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısından danışaraq regionumuzda bir çox yeni məktəb binalarının tikildiyini, təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatla təchiz edildiyini qeyd edərək, təhsil işçiləri adından ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Tədbir çərçivəsində uzunmüddətli səmərəli pedaqoji fəaliyyətinə görə bir sıra müəllimlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunmuş, onların təhsil sahəsindəki xidmətləri yüksək qiymətləndirilmişdir.
Şagirdləri IX sinif buraxılış imtahanıında yüksək nəticə göstərən, həmçinin şagirdləri müxtəlif müsabiqə və yarışlarda qalib olan regionun bir qrup müəllimlərinin Elm və Təhsil Naziri cənab Emin Əmrullayev tərəfindən "Qabaqcıl təhsil işçisi döş nişanı" və "Fəxri fərman"la təltif olunması, cənab nazirin müəllimlərimizin əməyinə, təhsilin inkişafına göstərdiyi diqqət və qayğısının bariz nümunəsi olduğunu vurğulanıb.
Təhsil işçiləri onların əməyinə verilən dəyərə görə təşəkkürlərini bildiriblər və bundan sonra da üzərlərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gələcəklərini söyləyiblər.
Tədbir şagirdlərin iştirakı ilə müəllimlərə həsr olunmuş bədii kompozisiyalar və musiqi nömrələri ilə davam edib.