Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanlı tiktoker həbs edildi

19:39 - 3 Oktyabr 2025 tarixində dərc olunub.

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar edən şəxs müəyyəm olunaraq saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 2002-ci il təvəllüdlü “Tofi” ləqəbli Yevlax rayon sakini Tofiq Qasımlı məsuliyyətə cəlb olunub.

Müvafiq qərarla T.Qasımlı inzibati qaydada həbs edilib. 

Müəllif: Ucnoqta.az redaksiyası