Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə oktyabrın 6-7-də ölkəmizə rəsmi səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan Prezidentinin Mətbuat Xidməti yayıb.
Səfər çərçivəsində dövlət başçısının bir sıra ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulur.
Qeyd edək ki, 6-7 oktyabr tarixlərində Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) liderlər sammiti keçiriləcək.