Ucnoqta.az
www.ucnoqta.az

Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq

14:10 - 3 Oktyabr 2025 tarixində dərc olunub.

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən verilən məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qəsəbə" hava elektrik verilişi xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar oktyabrın 4-də saat 10:00-dan 13:00-dək Sədərək rayonunun Heydərabad qəsəbəsində və Qaraağac kəndinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası