Niderland polisi cümə axşamı axşam Haaqada icazəsiz Fələstin tərəfdarı nümayiş keçirən 205 iştirakçını saxlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə polis idarəsinin açıqlamasında bildirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, nümayiş Haaqa Mərkəzi Stansiyasının və Niderland Xarici İşlər Nazirliyinin yerləşdiyi Rijnstraat ərazisində keçirilib.
Polisin dəfələrlə tədbirin dayandırılmasını tələb etməsinə baxmayaraq, fəallar oranı tərk etməyiblər.
Saxlanılanlar asayişi pozmaqda, dövlət rəsmilərini təhqir etməkdə və polisə müqavimət göstərməkdə şübhəli bilinirlər. İğtişaşların dağıdılması zamanı bir polis əməkdaşı da yaralanıb.