Ucnoqta.az
www.ucnoqta.az

İsrail təyyarələri Dəməşqin ətrafını bombaladı

00:15 - 3 Oktyabr 2025 tarixində dərc olunub.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriya paytaxtının qərb və cənub ətraflarına hücum edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.

Telekanalın məlumatına görə, İDF təyyarələri qonşu Livanın hava məkanından yer hədəflərinə raket zərbələri endirib. Ən azı səkkiz zərbə Əl-Kisvahın kənarında həyata keçirilib.

İsrailin hücumunun nəticələri barədə məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası