Ucnoqta.az
www.ucnoqta.az

İsrail ordusu Livanda Hizbullah qərargahına zərbə endirib

23:11 - 15 Sentyabr 2025 tarixində dərc olunub.

İsrail hərbçiləri Livanın cənubuna yeni hücum həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidməti məlumat yayıb. Hədəf "Hizbullah" təşkilatının silahlı qanadının Nəbatiyə şəhəri ərazisində yerləşən qərargahı olub.
"İsrail Müdafiə Qüvvələri İsrail dövlətinə qarşı hər hansı təhdidləri aradan qaldırmaq üçün tədbirlər görməyə davam edəcək", - hərbçilər xəbərdarlıq edib.

Müəllif: Ucnoqta.az redaksiyası