Ucnoqta.az
www.ucnoqta.az

İtalyan motosiklet yarışçısı yarışda aldığı xəsarətdən öldü

08:48 - 15 Sentyabr 2025 tarixində dərc olunub.

İtaliyalı motosiklet yarışçısı Qabriele Kottini yarış qəzasında aldığı xəsarətlərdən sonra 39 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İtaliya Motosiklet Federasiyası məlumat yayıb.

Kotini Cremona trekində Dunlop Cup 600 yarışı zamanı qəzaya uğrayıb. İtaliyalı motosikletçiyə təcili tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib, lakin həkimlər idmançını xilas edə bilməyiblər.

Müəllif: Ucnoqta.az redaksiyası