Madridin Puente de Valyecas bölgəsindəki barda partlayış baş verib, 25 nəfər xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 13-də İspaniyanın “El Diario” qəzeti məlumat yayıb.
“Madriddə barda baş verən partlayış nəticəsində 25 nəfər xəsarət alıb, onlardan üçünün vəziyyəti ağırdır”, - nəşr yazır.
Bundan başqa, partlayış dalğasından qonşu yaşayış binası da zərər görüb. Hadisə yerli vaxtla saat 15:00 radələrində baş verib
Partlayış yerinə həkimlər, 13 mülki müdafiə qrupu və Madrid Şəhər Şurasından 18 yanğınsöndürən, o cümlədən itlər xidməti zabitləri göndərilib. Partlayış yeri pilotsuz uçan aparatlar vasitəsilə tədqiq edilir, binanın konstruksiyaları zədələndiyi və dayanıqsız hala düşdüyü üçün dağıntılar əl ilə təmizlənir.