Ucnoqta.az
www.ucnoqta.az

Prezidentdən 2 milyon manatlıq SƏRƏNCAM

12:49 - 5 Sentyabr 2025 tarixində dərc olunub.

Prezident İlham Əliyev Göygöl–Topalhəsənli–Şəhriyar–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun təmirinə 2 milyon manat ayırıb.

Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 2 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu məbləğin maliyyələşməsini təmin edəcək. İqtisadiyyat Nazirliyinə isə yolun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri maliyyə vəsaitini 2026-cı il dövlət büdcəsi layihəsində nəzərdə tutmaq tapşırılıb.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həll edilməsi həvalə olunub.

Müəllif: Ucnoqta.az redaksiyası